Bank Of Baku

Ermənistan prezidenti Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib

Ermənistan prezidenti Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib
# 22 avqust 2015 04:54 (UTC +04:00)

Bakı-APA.  Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib.  APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin yanında Konstitusiya islahatları üzrə ekspert komissiyası layihənin hazırlanmasını  başa çatdırıb.     

 

Məlumata görə, Ermənistan prezidentinin  parlamentdə Konstitusiya islahatları ilə bağlı məsələlər üzrə rəsmi nümayəndəsi ekspert komissiyasının üzvü Vardan Poqosyan təyin edilib.

 

Qeyd edək ki,  Serj Sarkisyan gələn həftədən respublikadakı siyasi qüvvələrin nümayəndələri ilə Konstitusiya islahatları layihəsində yer almış yanaşmalarla bağlı məsləhətləşmələr keçirəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR