Bank Of Baku

Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salıb

Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salıb
# 07 sentyabr 2015 17:28 (UTC +04:00)

Bakı-APA. Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə Rusiyadan Ermənistana satılan qazın qiyməti 1000 kub metr üçün 189 ABŞ dollarından 165 ABŞ dollarınadək ucuzlaşacaq.

 

Sənəd həmçinin “Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR