Bank Of Baku

Rusiyada istintaq təcridxanasında yanğın baş verib, 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Rusiyada istintaq təcridxanasında yanğın baş verib, 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 29 avqust 2015 23:18 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Ulyanovsk şəhərində istintaq təcridxanasında yanğın baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 4 məhbus ölüb, 7-si xəsarət alıb.

 

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yanğın zamanı təcridxanadan 35 nəfər təxliyyə edilib. İlkin versiyaya əsasən, hadisəyə səbəb elektrik naqillərində yaranmış qısaqapanma olub.

 

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidməti insidentlə əlaqədar Ulyanovska xüsusi komissiya yollayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR