Bank Of Baku

Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır, Kiçik Mərdəkan qəsrinin bərpası bitib - YENİLƏNİB

Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır, Kiçik Mərdəkan qəsrinin bərpası bitib - YENİLƏNİB
# 29 iyul 2026 15:12 (UTC +04:00)

Hazırda 3 abidənin bərpası gedir. Bunlar Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraqqaladır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir.

***

14:51

Ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR