Bank Of Baku

"Qarabağın səsi" aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib

"Qarabağın səsi" aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib
# 15 fevral 2018 14:15 (UTC +04:00)

"Xocalıya ədalət" kampaniyası çərçivəsində "Qarabağın səsi" aksiyasına təqdim edilən rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

 

APA-nın xəbərinə görə, layihənin rəhbəri Murad Qulubəyli bildirib ki, aksiyaya Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsrail və başqa ölkələrdən 300-yə yaxın rəsm əsəri təqdim olunub.
 

Onun sözlərinə görə, rəsm əsərlərinin müəllifləri üçün yaş məhdudiyyəti yoxdur: "Modern, realist, sürrealist üslubda çəkilmiş rəsm əsərləri var. Münsiflər heyəti daha təsirli əsərləri seçəcək və bu əsərlər II mərhələyə buraxılacaq".
 

Sonda münsiflər heyəti 100-dən çox ən yaxşı rəsm əsərinin sərgidə nümayiş olunmasını qərara alıb.
 

Ən yaxşı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim ediləcək.
 

Qeyd edək ki, ən yaxşı rəsm əsərləri fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimindən əvvəl nümayiş olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR