Bakı. Aygül Rzayeva – APA. Azərbaycanda mayın 13-dən 17-dək Türkiyə Mədəniyyət Günləri keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı Türkiyədən böyük nümayəndə heyəti Bakıya gələcək.
Türkiyənin sənət adamlarından ibarət 40 nəfərlik nümayəndə heyətinin Heydər Əliyev Sarayında konserti nəzərdə tutulub. İl ərzində iki ölkə arasında mədəniyyət sahəsinə aid çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.