Bank Of Baku

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edib
# 23 fevral 2018 09:51 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edib. 

 

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib. 

 

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Nazir Əbülfəs Qarayev ölkə başçısının tapşırığı ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb: "Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər oldu. Kitabxana sistemlərində müasir texnologiyaların tətbiqi, bu sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili və digər təkliflər səsləndirildi. Bütün müraciətlərə diqqətlə baxılacaq”.

 

Nazir şəhər və rayonlardakı kitabxana şəbəkəsində elektron ədəbiyyatın daha geniş tətbiqi ilə bağlı müraciətləri xüsusi qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR