Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalan şəhərində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.
Gəncə sakinləri şəhərdə regionlararası “Mədəniyyət festivalı” layihəsinin və “Milli geyim mədəniyyətinin cəmiyyət arasında formalaşdırılması və təbliği” layihəsinin həyata keçirilməsi, “Azərbaycan musiqisi” adlı müsabiqənin, “Avropa Gənclər Paytaxtları və qardaşlaşmış şəhərlərin mədəniyyət festivalı”nın təşkili və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.