Bank Of Baku

Fransada “Azərbaycan günləri” keçirilir

Fransada “Azərbaycan günləri” keçirilir
# 27 aprel 2013 12:41 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Fransada "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri"  keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən layihə  Bordo şəhərində təşkil olunub.

 

Bununla əlaqədar Azərbaycanın Fransadakı səfirliyi  tərəfindən yerli radioda Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Şərq ilə Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti, Bordoda təşkil olunan sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə vaxtaşırı məlumatlar səsləndirilir. 

 

Qeyd edək ki, “Azərbaycan günləri” aprelin 29-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR