Bank Of Baku

Kann şəhərində Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək

Kann şəhərində Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək
# 15 aprel 2013 13:37 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. İyul ayında Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək. APA-nın xəbərinə görə, bunu Kann şəhər merinin müavini, Festival və Konqreslər Sarayının rəhbəri David Lisnar deyib. 

 

Heydər Əliyev Fondu tərəfindən təşkil olunacaq tədbirin iyulun 4-dən 20-nə qədər keçirilməsi planlaşdırılır. Hazırda festivalın proqramı razılaşdırılır. Bu məqsədlə gələn həftə azərbaycanlı təşkilatçılar bu şəhərə səfər edəcək.

 

D. Lisnar bildirib ki, festival iki tərəf arasındakı dostluq münasibətlərinin göstəricisidir: “Biz Azərbaycanla bərabər çalışmaqdan şadıq. Turizm sahəsində əməkdaşlığın inkişafından, Azərbaycandan Kanna gəlmək istəyən insanları sayının artmasından məmnun olarıq”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR