Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) “Mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının dövlət siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması qaydası"na dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" fərmanda dəyişikliklər edilməsi haqqında" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən "Mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının dövlət siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası"nın 10-cu hissəsində "Qoruğu" sözü "və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları" sözləri ilə əvəz edilib.