APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İƏT-ə üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası zamanı deyib.
O bildirib ki, buna layiqli cavab olaraq təşkilat çərçivəsində Azərbaycanın fəallığı getdikcə artır. Nazirin fikrincə, 4 il öncə - 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunub: “2018-ci ildə isə qədim Azərbaycan torpağı olan Naxçıvan bu şərəfli adı daşıyacaq. Bütün bunlar İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın güclənməsi naminə Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün prezident İlham Əliyevin layiqli səviyyədə davam etdirdiyi siyasi kursun uğurlu nəticələridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində belə mötəbər tədbirin də məhz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilməsi xoş və əlamətdar bir təsadüf kimi bizim yaddaşımızda qalacaq”.