Bakı. Xanım Nağıyeva – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova 25 may - 7 iyun tarixlərində Türkiyənin Samsun şəhərində keçiriləcək “Beynəlxalq Samsun Musiqi və Səhnə Sənətləri” festivalında çıxış edəcək. APA-ya açıqlama verən sənətçi festivalda Azərbaycan muğam və xalq mahnılarını ifa edəcəyini söyləyib. Onu “Xarı Bülbül” muğam qrupu müşayiət edəcək.
Qeyd edək ki, festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Samsun Böyükşəhər Bələdiyyəsi, Samsun Dövlət Opera və Balet Teatrı, samsunlu iş adamlarının təşkilatçılığı ilə keçiriləcək.