Bakı. Aygül Rzayeva – APA. Aprelin ayının 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L. Minkusun “Don Kixot” baletinin tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları Rusiya Akademik Böyük Teatrının aparıcı solisti – prima-balerina, Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Marianna Rijkina və Böyük Teatrın balet truppasının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Vladislav Lantratov ifa edəcəklər.
Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.