Bank Of Baku

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində elmi simpozium keçirilib

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində elmi simpozium keçirilib
# 15 aprel 2013 13:32 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA Bu gün Muzey Mərkəzində Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində  müasir musiqi problemlərinə həsr olunan "Bəstəkar yaradıcılığında kontekst, diskurs, dekonstruksiya və intertekstuallığın rolu və yeri" adlı elmi simpozium keçirilib.

 

APA-nın məlumatına görə,  simpoziumda  Ketevan Bolaşvilinin "Pierre Boulez: yaradıcılığın səmtləri", Cahangir Səlimxanovun "Luciano Berion'un simfoniyası və müasir dövrdə çoxmədəniyyətli mənsubiyyət əlamətləri", Gülarə Sadıxzadənin  "Dəbdə kimdir? Avropa akademik musiqi festivallarında müasir musiqi", Anna Əmrahovanın  "Müasir musiqidə forma yaradıcılığının özəllikləri. Koqnitiv aspekt”, Zümrüd Dadaşzadənin  "Qara Qarayev. XXI əsrdən baxış" mövzularında məruzələri dinlənilib.

 

Qeyd edək ki, Bakıda keçirilən  Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı aprelin 19-dək davam edəcək


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR