Bank Of Baku

Stenford Universitetində Azərbaycan musiqisi kursu təsis edilib - FOTO

Stenford Universitetində Azərbaycan musiqisi kursu təsis edilib - <span style="color: red;">FOTO
# 16 aprel 2013 08:08 (UTC +04:00)

Bakı – APA. 2013-cü ilin aprel ayından etibarən ABŞ-ın Stenford Universitetinin musiqi fakültəsində Azərbaycan musiqisi və mədəniyyəti kursu açılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Stenford Universiteti incəsənət və humanitar elmlər üzrə dünya universitetləri arasında ilk yeri tutur. “Odlar Yurdunun Musiqisi” adlanan kurs Stenford Universitetinin tarixində Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kursdur.

 

Kurs mahir kamança ustası, hazırda San Fransisko şəhərində yaşayan İmamyar Həsənov tərəfindən tədris olunur. Stenford Universitetinin məzunu, Azərbaycan mənşəli amerikalı Kristal Barqeleym isə kursun nəzəri aspektlərinin tədrisində İ. Həsənova yardım edir.

 

Kurs ərzində tələbələr Azərbaycanın zəngin musiqi mədəniyyətinin, xüsusilə muğamların həm praktik, həm də nəzəri aspektlərini mənimsəyəcək, kamança və digər musiqi alətlərində Azərbaycan mahnılarını ifa etməyi öyrənəcəklər. Kursun sonunda tələbələrin nəzəri imtahanla yanaşı, yekun imtahan olaraq universitetdə Azərbaycan musiqisinə həsr olunmuş geniş konsert proqramı ilə çıxış etmələri nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR