Azərbaycanda sığorta təşkilatlarının minimum kapitalına qarşı yeni tələblər təsdiqlənib

Azərbaycanda sığorta təşkilatlarının minimum kapitalına qarşı yeni tələblər təsdiqlənib
# 20 avqust 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən sığorta və təkrar sığorta şirkətlərinin kapitalına qarşı tətbiq olunan minimum tələblərin artırılmasına dair qərar qəbul edib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumat görə, 2012-ci il yanvar ayının 1-dək sığortaçıların minimum kapitalı indiki 800 min manatdan mərhələlərlə 5 mln. manata, təkrarsığortaçılar üzrə isə hazırkı 1,6 mln. manatdan 10 mln. manata çatdırılmalıdır.
Nazirliyinin məlumatına əsasən, sığorta və təkrar sığorta şirkətlərinin kapitalına qarşı tətbiq olunan tələblərin artırılması sığortaçıların öz üzərinə götürdükləri risklərin həcmini və onların maliyyə dayanıqlığını artırmaq, tədiyyə qabiliyyətinin etibarlı səviyyədə olmasını və sığorta etdirənlərin maraqlarının müdafiəsini təmin etmək məqsədi ilə həyata keçirilir.
Qeyd edək ki, yeni sığorta və təkrar sığorta şirkətlərinin kapitalına olan əsas minimum tələblər cari ilin avqust ayının 1-dən qüvvəyə minib.

Yeni tələblərin qüvvəyə minmə tarixi


Sığortaçıların tələb olunan kapitalının minimum həcmi


Təkrar sığortaçıların tələb olunan kapitalının minimum həcmi


1 yanvar 2009-cu il

1 mln. manat

2 mln. manat

1 yanvar 2010-cu il

2 mln. manat

4 mln. manat

1 yanvar 2011-ci il

3,5 mln. manat

7 mln. manat

1 yanvar 2012-ci il

5 mln. manat

10 mln. manat

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR