«Azərpoçt» bankomat və POS-terminal şəbəkəsini genişləndirir

«Azərpoçt» bankomat və POS-terminal şəbəkəsini genişləndirir
# 04 dekabr 2012 08:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC POS-terminal və ATM-lər şəbəkəsini genişləndirir.

Müəssisədən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt» bu istiqamətdə həyata keçirilən layihənin tərkib hissəsi olaraq daha 30 rayonda bankomat qurmağa başlayıb: «Artıq işlərin böyük hissəsi həyata keçirilib. Bu siyahıda Azərbaycanın müxtəlif bölgələri var. İlkin variant kimi POS-terminallar rayon mərkəzlərində qurulur. Sonrakı mərhələlərdə isə qəsəbələr və kəndlər nəzərdə tutulur».


Bunadək «Azərpoçt» MMC Bakı şəhərində bankomatlar, Astara, Qax, Yevlax, Lənkəran, Samux və Lerik rayonu Çayrud kəndində POS-terminal quraşdıraraq müştərilərin xidmətinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR