Azərbaycanın xarici işlər naziri Cibutidə Fələstin nümayəndə heyətinin başçısı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Cibutidə Fələstin nümayəndə heyətinin başçısı ilə görüşüb
# 16 noyabr 2012 10:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatlığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR