Baltik Assambleyasının vitse-prezidenti: “Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır”

Baltik Assambleyasının vitse-prezidenti: “Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır”
# 19 dekabr 2012 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasa sədrlik edən GUAM PA sədri, Azərbaycan parlamentinin deputatı Elton Məmmədov bildirib ki, GUAM ölkələri arasında inteqrasiyanın daha yüksək səviyyəyə qaldırılması və real nəticələr əldə edilməsi üçün müxtəlif layihələr həyata keçirilməlidir. O deyib ki, bunun üçün böyük potensial mövcuddur: "Bu əlaqələrin gücləndirilməsi regionda təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verəcək".

İclasda iştirak edən Baltik Assambleyasının vitse-prezidenti Raymonds Deyonis çıxışında bəyan edib ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır: “Bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu irəliləyişə nail ola bilməyib. Münaqişənin sülh yolu ilə tez bir zamanda həlli üçün Minsk Qrupu səylərini artırmalıdır. Problemin həlli zamanı zərər çəkən insanların rəyləri nəzərə alınmalıdır".

R. Deyonis Gürcüstan və Moldovadakı problemlərin də ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirib.

Benilüks Parlament Assambleyasının prezidenti Jak Biskop isə rəhbərlik etdiyi qurumun GUAM ilə miqrasiya sahəsində əməkdaşlığa böyük önəm verdiyini söyləyib. Polşa Seyminin sədr müavini Cezari Qrabarczik qeyd edib ki, ölkəsi GUAM-la hərtərəfli, xüsusən də nəqliyyat, iqtisadiyyat, turizm sahəsində əməkdaşlıq etmək niyyətindədir. O, GUAM-ın Avropaya inteqrasiyasını dəstəklədiklərini vurğulayıb.

Gürcüstan, Moldova, Bolqarıstan nümayəndə heyətlərinin rəhbərləri də GUAM-ın ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına töhfə verməsini yüksək qiymətləndiriblər. Natiqlər GUAM-ın beynəlxalq aləmdə rolunu artırmaq üçün digər regional təşkilatlarla əməkdaşlıq səylərini artırmalı olduğunu deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR