Kamran Əliyev: “Yol-nəqliyyat hadisələrində ölənlərin əksəriyyəti köhnə avtomobillərin sürücüləridir”

Kamran Əliyev: “Yol-nəqliyyat hadisələrində ölənlərin əksəriyyəti köhnə avtomobillərin sürücüləridir”
# 13 noyabr 2012 13:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu MDB ölkələrində yol təhlükəsizliyi ilə bağlı vəziyyətə həsr olunmuş Bakı-Moskva-Kiyev-Astana-Kişinyov videokörpüsündə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, yol qəzalarında ölüm hallarını araşdırdıqda, bunların əksəriyyətinin köhnə “VAZ” markalı avtomobillərdə baş verdiyi məlum olur: “Sürücü və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik sistemi ilə təchiz edilmiş yeni avtomobillərdən istifadə olunmalıdır. Təhlükəsizlik yastığı ilə təchiz olunmuş avtomobillərdə qəza baş verərsə, ölüm halları çox az sayda müşahidə edilir”.

K. Əliyev, həmçinin ötən ilin 10 ayı ilə müqayisədə yol qəzalarında 107 hadisənin azalmasını qeydə aldıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR