Azərbaycanda avtonəqliyyatın icbari sığortası üzrə zərərlilik səviyyəsi 50%-ə çatır

Azərbaycanda avtonəqliyyatın icbari sığortası üzrə zərərlilik səviyyəsi 50%-ə çatır
# 07 dekabr 2012 12:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2012-ci ilin yanvar-sentyabr ayları ərzində 46,82% səviyyəsində zərərlilik müşahidə olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bu göstərici bu gün Bakıda keçirilən Sığorta Agentlərin I Milli Forumunda səsləndirilib.

Bunu şərh edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, həmin göstəricinin bu dərəcədə yüksək olması sığorta şirkətlərinin həm ödənişlərinin yüksək olması, həm də şirkətlərin müxtəlif digər xərcləri ilə əlaqədardır ki, nəticədə 47%-lik göstərici bu sığorta növü üzrə normal hesab olunmalıdır. Belə ki, N.Xəlilovun sözlərinə görə, bəzi ölkələrdə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şirkətlər üçün ümumiyyətlə qeyri-rentabellidir və bu sahədə zərərlilik göstəricisi 120-130%-ə çatır. Lakin buna baxmayaraq, şirkətlər bu sığorta növü ilə işləyir və burada yaranan zərəri digər, daha mənfəətli sığorta növləri hesabına ödəyir.

Qeyd edək ki, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərliliyin bu dərəcədə yüksək olmasının başqa bir səbəbi yol nəqliyyat hadisələrinin sayının artmasıdır. Nəticədə, bu sığorta növü üzrə daxilolmaların, demək olar ki, yarısı şirkətlər tərəfindən ödənişlər və müxtəlif digər xərclərə yönəldilir.

Ümumiyyətlə N.Xəlilovun fikrincə, hazırda ödənişlərin artması sığorta sahəsinə etibarlılığı artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR