Suriyaya uçan Ermənistan təyyarəsində hərbi yük aşkarlanmayıb

Suriyaya uçan Ermənistan təyyarəsində hərbi yük aşkarlanmayıb
# 08 noyabr 2012 15:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistandan Suriyaya uçan Ermənistan Hava Yollarına məxsus yük təyyarəsi Türkiyənin Ərzurum hava limanında 4,5 saat yoxlanıldıqdan sonra yoluna davam edib. APA-nın xəbərinə görə, yoxlamalar zamanı təyyarədə silah, sursat və digər hərbi təyinatlı məhsullar aşkarlanmayıb.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə hava sahəsindən istifadə edərək Suriyaya uçan bütün təyyarələrə bu tip yoxlamalar tətbiq edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR