Eldar və Nigar Albaniyanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli finalda çıxış edəcəklər

Eldar və Nigar Albaniyanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli finalda çıxış edəcəklər
# 20 dekabr 2012 15:16 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər. Eldar Qasımovun APA-ya verdiyi məlumata görə, Nigarla birgə bu ölkəyə səfəri Albaniyanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi məqsədi ilə dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində çıxış etməkdir. Eldar və Nigar sabah bu ölkəyə yola düşəcəklər.

Albaniyanın “Eurovision-2013”-lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı “Running Scared”i, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər. E.Qasımov onu da bildirib ki, “Eurovision- 2012”dəki təmsilçisinin final seçiminə ötən il də dəvət olunublar, lakin gərgin iş qrafiki səbəbindən bu səfəri reallaşdıra bilməyiblər. Bu il yenidən ölkənin milli finalına dəvət alan Ell&Nikki, bu dəfə bu təklifi gerçəkləşdirmək qərarını veriblər. Eldar və Nigarın qatılacağı milli finalda Albaniyanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR