Qırğızıstan və Azərbaycan vergi qanunvericiliyi sahəsində əməkdaşlıq edəcək

Qırğızıstan və Azərbaycan vergi qanunvericiliyi sahəsində əməkdaşlıq edəcək
# 12 noyabr 2012 14:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Qırğızıstan hökuməti Bakıda 30 mart 2012-ci ildə imzalanan “Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım üzrə sazişin ratifikasiyası haqqında” qanun layihəsini “Joqorku Keneş”də (Qırğızıstan parlamenti) müzakirəyə çıxarıb.

APA-Economics”in məlumatına görə, təqdim olunan qanun layihəsi ölkə daxili proseduraların icra olunması üçün Qırğızıstanın “Beynəlxalq sazişlər haqqında” qanununa uyğun olaraq hazırlanıb.


Bu saziş milli vergi sistemləri və vergi qanunvericilikdə olan cari dəyişikliklər, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl etmək barədə məlumatların verilməsi, qanunvericiliyin tələblərin pozulmasının qarşını alınması və digər məsələlər üzrə hüquqi baza yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR