Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşəcək

Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşəcək
# 28 iyun 2016 18:30 (UTC +04:00)

Bakı-APA. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı  Sergey Lavrovla görüşəcək.


APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

 

Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında  iştirak edəcəyi barədə məlumat yayılmışdı.  

 

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.   

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə  rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR