Bakıda mebel sexi yanıb

Bakıda mebel sexi yanıb
# 30 iyun 2016 02:11 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunub .Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR