Elektron arayış əsasında kredit verən müəssisələrin sırasına daha bir lizinq şirkəti qoşulub

Elektron arayış əsasında kredit verən müəssisələrin sırasına daha bir lizinq şirkəti qoşulub
# 06 aprel 2015 09:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə "Azərbaycan Lizinq Şirkəti" MMC (ticarət nişanı “Ansar Leasing”) arasında müqavilə bağlanıb.

MHM-dan “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən "Ansar Leasing" öz fəaliyyətində elektron arayışlardan istifadə edəcək.

Elektron arayış vətəndaş tərəfindən "Elektron Hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Vətəndaş elektron arayışı sutkanın istənilən vaxtı əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR