Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 115,9 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci yeddi ayı ilə müqayisədə 15,8% azdır. Nəticədə bu ilin avqustun 1-nə 17,8 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yeddi ayı ərzində ölkədə 220,1 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 4,1 dəfə çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 15 kq hazır məhsul ehtiyatı yaranıb.