Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək
# 25 may 2015 13:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, iyunun 3-də Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri olacaq,

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi nəzərdə tutulur. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR