Ötən il fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 559 nəfər zərərçəkmiş xilas edilib - VİDEO

Ötən il fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 559 nəfər zərərçəkmiş xilas edilib - <span style="color: red;">VİDEO
# 05 mart 2014 11:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 183-ü uşaq olmaqla 559 nəfər zərərçəkmiş şəxs xilas edilib, 77 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 97 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 233 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 160 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 217 nəfər olmaqla cəmi 377 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 55 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR