Qabardin-Balkarda polisə atəş açan silahlı öldürülüb

Qabardin-Balkarda polisə atəş açan silahlı öldürülüb
# 24 iyul 2013 01:24 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyasının Qabardin-Balkar respublikasında polisə atəş açan silahlı öldürülüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ötən gün Bakı vaxtilə 21.30 radələrində polis sənədləri yoxlamaq məqsədi ilə “Mercedes” markalı avtomobili saxlamağa çalışıb. Lakin, avtomobili idarə edən Baksan şəhərinin 25 yaşlı sakini nəqliyyat vasitəsini polis maşınına çırpıb və avtomobildən düşərək tapançadan polisə atəş açıb.

“Cinayətkar cavab atəşi ilə öldürülüb”, deyə DİN-in açıqlamasında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR