Bakıda 25 yaşlı oğlan özünü metro qatarının altına atıb - YENİLƏNİB - VİDEO

Bakıda 25 yaşlı oğlan özünü metro qatarının altına atıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 mart 2014 14:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı metrosunda faciəli hadisə baş verib.

Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.

25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.

Onun sağ qolu amputasiya olunub.

Bakı Metropolitenindən də APA-ya bildirib ki, “Ulduz” stansiyasında bir nəfər özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atıb.

Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.

Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR