Maliyyə Nazirliyi: QHT və siyasi partiyalar illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidir

Maliyyə Nazirliyi: QHT və siyasi partiyalar illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidir
# 31 mart 2014 14:11 (UTC +04:00)

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ-hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildirilir ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR