Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
24 sentyabr 2012 08:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələrinin açıqlayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən 13,7 kubmetr/saniyə artaraq 83,8 kubmetr/saniyə təşkil edib. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar və mis birləşmələri 4, Ağstafaçayda fenollar 4, mis birləşmələri YVQH-dən 3 dəfə çox olub. Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024