Neftin ucuzlaşması davam edib

Neftin ucuzlaşması davam edib
# 10 aprel 2012 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,85 dollar və ya 0,8% azalaraq 1 barelə görə 102,46 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, aprelin 9-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,76 dollar və ya 0,6% azalaraq 122,67 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR