BFB-də AZ0101021365 seriyalı 1 999,9 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də AZ0101021365 seriyalı 1 999,9 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 sentyabr 2012 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0101021365 seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1 999 900 manat təşkil edib. Sifariş 99,86% (gəlirlik 11,46%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 99,86% (gəlirlik 11,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 999,9 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin oktyabrın 9-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR