Akademik Milli Dram Teatrı Moldovada mükafat və diplomla təltif olunub - FOTO
01 iyun 2012 13:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Moldovada “Ejen İonesko” Beynəlxalq Teatr Festivalında (“BİTEİ-2012”) iştirak edib. Teatrdan APA-ya verilən məlumata görə, Ejen İonesko adına Teatrın Moldova Mədəniyyət və Turizm Nazirliyinin və Kişinyov Bələdiyyəsinin dəstəyi ilə keçirdiyi festival Moldovanın ən mühüm teatr hadisələrindəndir. 1994-cü ildə etibarən keçirilən festivalda dünyanın bir çox ölkələrinin nüfuzlu teatr kollektivləri iştirak edib. Bu dəfə İtaliya, Böyük Britaniya, İspaniya, Yaponiya, Çexiya, Rusiya, Türkiyə, Almaniya, Koreya, Rumıniya, Moldova, Gürcüstan, Ukrayna kimi ölkələrdən 25 teatr kollektivinin iştirak etdiyi festivalda Akademik Milli Dram Teatrı “Xəcalət” tamaşası ilə çıxış edib. H. Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Azərbaycanın Qarabağ probleminə həsr olunmuş tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər. Akademik Milli Dram Teatrı “Qızıl gözlü ilahə” mükafatı və diplomla təltif olunub.
Azərbaycanın Qarabağ probleminə həsr olunmuş tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər. Akademik Milli Dram Teatrı “Qızıl gözlü ilahə” mükafatı və diplomla təltif olunub.
İncəsənət
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024