Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı xüsusi strategiya hazırlanıb - FOTO

Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı xüsusi strategiya hazırlanıb - <font color=red>FOTO</font>
# 19 sentyabr 2012 09:14 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi məqsədi ilə layihənin 5 illiyinə həsr olunub.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin məsul işçiləri, Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, Azərbaycanda fəaliyyətdə olan ABŞ-ın USAID təşkilatının, Almaniyanın KfW Bankının, İsveçrənin İqtisadi Əməkdaşlıq Təşkilatı (SECO) nümayəndələri iştirak ediblər. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində Komitə ilə əməkdaşlıq edən tərəfdaş təşkilatların (Blom, LEICA, SK CC, Kutlubey, Daşkad və s.) nümayəndələri də iştirak edib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin əhəmiyyəti, məqsəd və hədəfləri, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, bu sahədə elektron xidmətlərin göstərilməsi, dövlət əmlakının səmərəli və şəffaf mexanizmlərlə idarə edilməsi sahəsində görülmüş tədbirlər barədə danışıb.

Daha sonra Dünya Bankının baş ofisinin layihə üzrə məsul şəxsi Kevin Adlinqton layihənin fəaliyyətdə olduğu dövrdə əldə edilmiş irəliləyişlər, əmlak qeydiyyatı sisteminin inkişafı, vətəndaşlara və biznes qurumlarına göstərilən xidmət səviyyəsinin artırıldığı, bu sahədə ictimai agahlıq tədbirlərinin genişləndirilməsi məsələləri barədə öz fikirlərini bildirib. Qeyd olunub ki, Dünya Bankı bu layihənin səmərəli həyata keçirilməsinə xüsusi önəm verir və əhaliyə, mülkiyyətçilərə, əmlak qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin müasirləşdirilməsi, ƏMDK-nın potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirir və tədbirləri nəzarətdə saxlayır. Lakin qeydiyyat sisteminin müasir standartlar əsasında davamlı inkişafı, həmçinin əhaliyə elektron xidmətlərin göstərilməsi - mükəmməl İT sisteminin, ölkənin bütün ərazisini əhatə edən elektron kadastr məlumatlarının və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin qısa müddətdə hazırlanmasını şərtləndirir. Bu sahədə Azərbaycan hökumətinin və məsul qurum kimi Əmlak Məsələləri Dövlət Komitəsinin səyləri gücləndirilə bilər.

Tədbirdə həmçinin Azərbaycanda daşınmaz əmlak idarəçiliyində islahatlar və DƏQ layihəsi, Layihəsinin İT sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, Mətn məlumatlarının idarə edilməsi və qeydiyyat məlumatlarının mərkəzləşdirilməsi məsələləri mövzusunda müxtəlif təqdimatlar olub.

Müzakirələr çərçivəsində bildirilib ki, müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin imkanları genişləndirilib. Ölkə üzrə bütün ərazi qeydiyyat idarələrini əhatə edən vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. İşçilərin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması, xidmət standartlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülüb. ƏMDK-da inzibatçılıq təkmilləşdirilib və avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqinə başlanıb.

Bu ilin may ayından etibarən isə bu layihə çərçivəsində daşınmaz əmlakla bağlı elektron xidmətlərin tətbiqinə - daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbuluna başlanıb. İndi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdir.

Hazırda Komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi - Vahid Avtomatlaşdırılmış Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə edilməsi Sistemi (DƏQKİS) hazırlanır.

Ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artmışdır. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb. Qeydiyyata sərf olunan vaxt azalıb, dövlət reyestrindən məlumatların əldə edilməsi və etibarlılığı əsaslı şəkildə inkişaf edib.

Layihə çərçivəsində daşınmaz əmlakın koordinatlarının dəqiq göstərilməsi üçün ölkədə daimi fəaliyyət göstərən 37 istinad stansiyası qurulmaqdadır ki, bu ilin sonuna kimi onlar da tam istifadəyə veriləcək. Eyni zamanda DƏQL-ə uyğun olaraq Azərbaycanın 86,6 min kv. km ərazisinin 40 min kv. km kadastr xəritəsi hazırlanmalıdır. Artıq bu sahədə işlər aparılır. Sumqayıtda kadastr xəritələrinin hazırlanması prosesi başa çatıb, Bakı, Gəncə və Şəkidə isə işlər davam etdirilir. Layihə çərçivəsində ölkə ərazisinin ortofotoxəritələri də hazırlanıb. Azərbaycanın təyyarədən işğal olunmuş ərazilər istisna olmaqla bütün əraziləri, peyk vasitəsilə isə bütün ölkə ərazisinin şəkilləri çəkilib və hazırda ortofotoxəritələr istifadə olunur.

Layihəyə qeyri-qanuni tikililərlə bağlı subkomponent də daxildir. Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun qorunması üçün layihə çərçivəsində xüsusi strategiya hazırlanaraq hökumətə təqdim olunub. Bundan başqa layihə çərçivəsində «Kadastr haqqında» qanun layihəsi də hazırlanıb və onun qəbul olunacağı gözlənilir.

DƏQL çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan digər addım Əmlak Məsələləri Dövlət komitəsinin biznes planı və strategiyasının hazırlamasıdır. Bu sənəddə komitənin bir təşkilat kimi öz qarşısında, eləcədə dövlət qarşısında qoyulmuş tapşırıqları əks olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR