“Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinalı başlayıb- FOTOSESSİYA

“Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinalı başlayıb- <font color=red>FOTOSESSİYA</font>
# 24 may 2012 21:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, şounun keçirildiyi «Baku Crystal Hall» tamaşaçı ilə doludur. İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb və Avropanı salamlayıb.

«Baku Crystal Hall»-ın səhnəsinə Zeljko Yoksimoviz (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" qrupu (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badric (Xorvatiya), Lorin (İsveç), Anri Coxadze (Gürcüstan), Can Bonomo (Türkiyə), "Ott Lapland" qrupu (Estoniya), Max Jason (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva) çıxacaqlar.

Bu şou Avstraliya, Qazaxıstan, Ermənistan və tanınmamış “Kosovo Respublikası” daxil olmaqla 46 ölkədə canlı yayımlanacaq. Ümumi tele auditoriyanın sayı 300 milyon nəfərdən çoxdur.

Xatırladaq ki, dünən Mətbuat Mərkəzində jurnalistlər və pərəstişkarlar arasında keçirilən səsverməyə görə, bu yarımfinalın birincisi Türkiyə təmsilçisi Can Bonomo olub. Jurnalistlərin arasında populyarlığa görə növbəti yerləri İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Makedoniya, Sloveniya, Niderland, Litva, Portuqaliya, Slovakiya və Gürcüstan tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR