FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb
# 02 may 2016 22:13 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR