Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb
# 07 dekabr 2015 23:17 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Fatmayi-Goradil yolunda qeydə alınıb.

Seymur Ələsgərov "VAZ-21015" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bördürə dəyib. Sürət yüksək olduğundan daha sonra maşın aşıb.

Qəza nəticəsində avtomobili idarə edən Seymur Ələsgərov, maşının sahibi Tərxan Məmmədli, eləcə də, sərnişinlər - Rəşad Səlimov və Rəhman Yaqubov xəsarət alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, müxtəlif xəsarətlərlə daxil olan yaralıların vəziyyətləri orta ağır və ağırdır. Hər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İdarənin istintaq şöbəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR