Şamaxıda sel suları və dolu kəndlərə ziyan vurub

Şamaxıda sel suları və dolu kəndlərə ziyan vurub
# 10 may 2016 09:50 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonuna iki gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun xəbərinə görə, son günlər yağan yağışlar nəticəsində Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Çayın üzərində körpü olmadığı üçün Ərciman kəndinin sakinlərinin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Həmişə çaydan keçərək hərəkət edən sakinlər iki gündür ki, suyun çoxluğu səbəbindən bir tərəfdən digər tərəfə keçə bilmirlər.

Güclü küləklə müşayiət olunan dolu rayonun Ərciman və Çağan kəndlərində təsərrüfata ciddi ziyan vurub, əkin sahələrindəki tərəvəz məhsullarını, ağaclardakı meyvələri məhv edib. Sel suları sakinlərin taxıl sahələrinə xeyli ziyan vurub, ev quşları, 4 baş iri buynuzlu mal-qara tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR