Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının kralını və vəliəhdini təbrik edib

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının kralını və vəliəhdini təbrik edib
# 22 sentyabr 2016 16:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı, əlahəzrət Salman bin Əbdüləziz Al Səuda və krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri, əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuda təbrik məktubları göndərib.

APA-nın xəbərinə görə, krala ünvanlanan məktubda deyilir:

“Əlahəzrət, əziz qardaşım. Səudiyyə Ərəbistanının milli bayramı – krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və rifah diləyirəm”.

Vəliəhdə ünvanlanan məktubda isə bildirilir:

“Əlahəzrət, əziz qardaşım. Səudiyyə Ərəbistanının milli bayramı – krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR