İstanbul. Mayis Əlizadə - APA. İyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aksiyasında ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesində Azərbaycan Respublikası vətəndaşının adına rast gəlinməyib.
Bu barədə APA-nın Türkiyə müxbirinə Türkiyə XİN-dən məlumat verilib.
XİN-dən bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir, ölü və ya yaralı siyahısında Azərbaycan vətəndaşları ilə bağlı yenilik olsa, səfirliyə məlumat veriləcək.
Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.
Türkiyə XİN: Terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
29 iyun 2016 10:51 (UTC +04:00)
Xarici siyasət
Deputat: ATƏT-in Minsk qrupunun saxlanması üçün heç bir səbəb yoxdur
21:01
15 may 2024
Bakıda Avropa Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
20:30
15 may 2024
Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib - FOTO
20:15
15 may 2024
Aİ humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
20:08
15 may 2024