Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 70%-ini neft yükləri təşkil edib

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 70%-ini neft yükləri təşkil edib
# 18 sentyabr 2015 13:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dəniz nəqliyyatı ilə cari ilin yanvar-avqust aylarında daşınan yüklərin həcmi 4,6 mln. ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 69,5%-ni neft yükləri təşkil edib.

Dəniz limanlarında 5,9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 94,4%-ni tranzit yüklər təşkil edib. Sentyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 84,1 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 45,3% azalaraq 5,2 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR