“Kapital Bank”ın yenilənmiş saytı mükafatlandırılıb

“Kapital Bank”ın yenilənmiş saytı mükafatlandırılıb
# 22 may 2015 15:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kapitalkart”ın veb-saytında şəxsi kabineti müştərilərin istifadəsinə verən “Kapital Bank” indi də korporativ saytını tam yeniləyib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni internet saytı özünün müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Azərbaycanda ən böyük filial və bankomat şəbəkəsinə malik olan bank yeni saytında da bunu nəzərə alaraq xəritə üzrə çox rahat axtarış sistemini tətbiq edib.

Eyni zamanda, saytda kredit və plastik kartların onlayn sifarişi, kredit və kommunal borcların onlayn ödənişi və onlayn məsləhətçi xidmətləri də təqdim olunub.

May ayının 20-də keçirilən “NETTY 2015” müsabiqəsində isə “Kapital Bank”ın yenilənmiş veb saytı “Ən yaxşı korporativ sayt” nominasiyası üzrə 50-dən çox potensial namizəd arasından qalib seçilib.

Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı ümumdünya internet şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR