Bu ilin sonunadək Azərbaycanda əsas kapitala 19 mlrd. manata yaxın ümumi investisiyaların yönəldilməsi gözlənilir

Bu ilin sonunadək Azərbaycanda əsas kapitala 19 mlrd. manata yaxın ümumi investisiyaların yönəldilməsi gözlənilir
# 14 oktyabr 2014 10:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin sonuna Azərbaycanda əsas kapitala yönəldilən ümumi investisiyaların həcminin 18,9 mlrd. manat olacağı (ötən illə müqayisədə daxili investisiyalar üzrə 3,0%, xarici investisiyalar üzrə isə 13,3% (artım) gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

Kapitala yönəldilən ümumi investisiyaların 5,7 mlrd. manatının neft sektoruna, 13,1 mlrd. manatının isə qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulduğu göstərilib.

Cari ilin sonuna əhalinin gəlirlərinin ötən ilə nisbətən 5,4% artaraq, 40,5 mlrd. manata çatacağı proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR