Qurbanlıq heyvanların satış yarmarkalarında səyyar kəsim məntəqələri quraşdırılıb - FOTO

Qurbanlıq heyvanların satış yarmarkalarında səyyar kəsim məntəqələri quraşdırılıb - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcədə süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

APA-Economics”in məlumatına görə, yarmarkalarda müasir standartlara cavab verən yeni modul tipli, insanların rahatlığının təminatı üçün səyyar kəsim məntəqələri quraşdırılıb, heyvanların saxlanılması üçün çadırlar qurulub.

Qeyd edək ki, yarmarkalar Yasamal rayonu, Şərifzadə küç. 196, “İdeal” şadlıq sarayının həyəti, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi, Zəngəzur şadlıq evi ilə üzbəüz, Binəqədi rayonu, 8-ci mikrorayon, C. Xəndan küçəsi ilə Atatürk prospektinin kəsişməsi, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Fətəli xan prospektinin kəsişməsi, Nizami rayonu, R. Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsi, Neolit şadlıq sarayının yanı, Xətai rayonu, M. Hadi küçəsi, Ukrayna dairəsinin yanı, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi və Sabunçu rayonu, Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin ətrafında təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR