® “Parabank” ən etibarlı banklardan biridir

<font color=red>® </font> “Parabank” ən etibarlı banklardan biridir
# 19 may 2016 08:11 (UTC +04:00)

“Parabank” ASC Azərbaycan bankları arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlı banklardan biridir.

1991-ci ildən stabil və güvənli təsir bağışlayan bankın heyəti dünyada və ölkəmizdə baş verən maliyyə durumu və kredit siyasətində büdrəmədən addımlar atır. Belə ki, bankın bütün filial və şöbələri müştərilərin etimadını doğruldaraq düzgün kredit siyasəti aparır.

Bankın bütün kollektivi onun imicini düşünərək ən dolğun və rahat şəkildə müştərilərə bütün məhsullar haqqında dolğun informasiyalar çatdırır, saytlar və sosial şəbəkələrdə insanlara rahatlıq verə biləcək, onları maarifləndirəcək formada məlumatlar paylaşırlar. Müştəriləri bankda gülərüz və professional mütəxəssislər, məsləhətçilər, qrup rəhbərləri hətta lazım gələrsə filial müdirləri qarşılamağa, onların əmanətləri eləcə də kreditləşmə proseslərinə hər an münasibət bildirməyə, eyni zamanda yardım etməyə hazırdırlar.

Bankdan hər hansı bir məlumatı 139 qısa nömrəsi, eləcə də www.parabank.az saytı vasitəsilə əldə edə bilərsiniz.

“Parabank” - paramızın etibarlı evi!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR